"B" qrupunun növbəti oyunu: Çili 3 - Avstraliya 1

Braziliyada Dünya Çempionatının "B" qrupunun növbəti oyunu keçirilib. APA TV-nin məlumatına görə,  “Arena Pantanal” stadionunda baş tutan oyunda Çili və Avstraliya millisi qarşılaşıblar. 12-ci dəqiqədə Alexsis rəqib qapısına vurduğu qolla komandasını irəli keçirib. Növbəti qol Valdiadan gəlib; Çili 2, Avstraliya 0.

Oyunun 35-ci dəqiqəsində Keyxell komandasının ilk qolunu vurub.  Çili komandasının oyunçusu Beausejour oyunun sonuna əlavə edilmiş 3 dəqiqəlik vaxtı yaxşı dəyərləndirib. Beləliklə oyun 3-1 Çilinin xeyrinə yekunlaşıb.

 

Müəllif | Apa.Tv