İŞİD İraqın Şimal-Şərqinə doğru irəliləyir

 

Sünni silahlıların birləşdiyi İraq Şam İslam Dövlətinin (İŞİD) İraqın Şimal-Şərqinə doğru irəliləyişləri davam edir.

Mosulda dövlət idarələrini ələ keçirən İŞİD, Kərkükün Havice, Riyad bölgələrini də ələ keçirməyə çalışır. Radikal İslamçı xadimlər ələ keçirdikləri şəhərlərdə zəfər paradı təşkil edirlər.

 

Özlərini İŞİD mücahidləri adlandıran silahlılar Ənbarın Hasib rayonuna hücum ediblər. Sərhəd gözətçiləri ilə silahlı qarşıdurma hər iki tərəf xeyli itki verib. 

Baş nazir Maliki Samirə şəhərinin qorunması ilə bağlı göstəriş verib. Şəhərə ordu yeridilib.  Terrorçular  Samirədə müqəddəs sayılan türbələri partlatmaqla bağlı göstəriş alıblar.


 

Müəllif | Apa.Tv