Cəbhədə gərginlik: Atışmalar davam edir

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 38 dəfə pozulub. APA-nın xəbərinə görə, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Azərbaycanın Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərini atəşə tutublar. Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Aşağı Veysəlli, Ağdam rayonunun Yusifcanlı, Baş Qərvənd, Şuraabad, Cəbrayıl rayonunun Mehdili, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Düşmən cavab atəşi ilə susdurulub.

Müəllif | Apa.Tv
Apa.tv