Bakıda 17 ilansancma faktı qeydə alınıb
Ölkə ərazisində ilan sancmaların sayı artıb. APA TV-nin məlumatına görə, havalar istiləşəndən bəri Bakı və Bakı ətrafı qəsəbələr üzrə 17 ilan sancması qeydə alınıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumata görə, ilan sancan şəxslərin hər biri xəstəxanaya yerləşdirilib və onlar arasında hər hansı ölüm faktı qeydə alınmayıb. Stansiyanın operativ işlər üzrə şöbəsinin baş həkimi Zemfira Vahidovanın sözlərinə görə, ilan sancan və təcili yardıma müraciət edən adamların hər birinin sağ qalmasına səbəb bütün briqadalara ilan zəhərinə qarşı zərdabların paylanmasıdır.
"Bütün təcili yardım maşınlarından ilan əleyhinə zərdab var. Zərdab köməkçi yardım stansiyalarına kifayət qədər verilib. Belə hadisələrdə yaralıya yol boyu həmin zərdab vurulur və xəstəxanaya çatdırılır".
Həşarat sancmalarının da sayı çoxalıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumata görə, eyni müddət ərzində həşərat sancmaları ilə bağlı 18 müraciət daxil olub ki, onlardan da 9-nun vəziyyəti ağır olduğundan xəstəxanaya yerləşdirilib.