Erməni deputatlar Bakıya gəlir
Ermənistan parlamentinin iki deputatı - Ermənistan Respublika Partiyası fraksiyasının üzvləri Bakıya gəlirlər. APA-nın “Armenia Today”ə istinadən verdiyi məlumata görə, Ermənistan parlamentinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan və “İrs” fraksiyasının katibi Tevan Poqosyan NATO PA-nın iyunun 16-dan 18-dək Bakıda keçiriləcək “Rose-Roth” seminarında iştirak edəcəklər. Xəbərdə Azərbaycanın erməni deputatların təhlükəsizliyinə təminat verdiyi qeyd olunur.