Gəncədə intihar etdiyi güman edilən qadın öldürülbmüş

Gəncədə intihar etdiyi ehtimal olunan qadının qətlə yetirildiyi məlum olub. Gəncə şəhər prokurorluğundan APA-ya verilən məlumata görə, araşdırmalar zamanı Gəncə şəhəri, Nizami rayonu, Puşkin küçəsi, ev 55-də yaşayan, 1976-cı il təvəllüdlü Mayisə Mürsəl qızı Ələkbərovanın qeyri-rəsmi nikah münasibətlərində olduğu, 1983-cü il təvəllüdlü Niyaz Hilal oğlu Bayramov tərəfindən qətlə yetirildiyi müəyyənləşib. Hadisəni törədən N. Bayramov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 
 

Müəllif | Apa.Tv
Apa.tv