Kiyevdə Rusiya səfirliyinə hücum oldu, səfirə boya atdılar

Ukraynada separatçıların vurduğu hərbi təyyarədə 49 əsgərin ölümü ilə əlaqədar Kiyevdə Rusiya səfirliyinin binası qarşısında etiraz aksiyası keçirilib. Rusiyanın Ukraynanın daxili imşlərinə qarışdığını iddia edən aksiya iştirakçıları səfirliyə aid avtomobillərə ziyan vurub, Rusiya səfiri Mixail Zurabova boya atıblar.

 

Etirazçılar səfirliyin girişinə avtomobil şinləri toplayıblar, “Faşistlər”, “Putinlə danışıqlara yox!”, “Kreml Ukraynadan əlini çək!” şüarları səsləndiriblər.  

 

Piket iştirakçıları binaya daş və yumurta atıblar.

 

Rusiyanın Xarici İşlər Nazirliyi Kiyevdə baş verənlərlə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, Moskva səfirlik binasına hücumla bağlı ATƏT-ə müraciət edib. Bundan başqa, Rusiya BMT Təhlükəsizlik Şurasını diplomatik nümayəndəliyə hücumu pisləməyə çağırıb.

 

Müəllif | Apa.Tv