Ərdoğanın içərisində olduğu helikopterdə qəza baş verdi

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın da içərisində olduğu baş nazirliyə aid helikopter Artvin şəhər stadionuna eniş edərkən qəza keçirib. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Ərdoğanın və onu mühafizə edən  helikopterlərin  enişini, polis Olimpik Üzmə Hovuzu inşaat sahəsinə  yönləndirib. Ərazidə olan inşaat malları helikopterin  pərlərinin yaratdığı  külək nəticəsində  havaya qalxıb. Bu zaman  baş naziri gözləyən jurnalist Orxan Sevinc, inşaat işçisi Camal Doğan və adı açıqlanmayan  bir polis məmuru  üz və bədənlərindən yaralanıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.  

Müəllif | Apa.Tv
Apa.tv