Balakəndə ağır qəza: İki nəfərin vəziyyəti ağırdır

Balakəndə baş verən yol qəzasında iki nəfər ağır xəsarət alıb.  APA TV-nin  məlumatına görə, hadisə Balakən-Kortala avtomobil yolunda qeydə alınıb. 54 yaşlı Zaqatala rayonu Aşağı Tala kənd sakini Məhəmmədəmin Musa oğlu Lələyev idarə etdiyi “VAZ 21 074” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarındakı işıq dirəyinə çırpıb. Baş vermiş qəza nəticəsində sürücü və onun sərnişini, 47 yaşlı Zaqatala rayonu Aşağı Tala kənd sakini İlqar Lələyev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
 

"Yaralılar Qapalı kəllə beyin travması beyin silkələnməsi, ənsə nahiyəsində əzilmiş-cırılmış yarası, qarının küt travması, daxili qanaxma, travmatik şok diaqnozu ilə daxil olunub. Xəstəyə yardım edilib.  Əməliyyat edilib. Hal hazırda vəziyyəti ağırdır".

 

Fakla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vüqar Heydərov