ABŞ İraqa qoşun yeridəcəyini açıqladı

ABŞ İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasına qarşı hərbi tədbirlərə başladığı bildirilir. APA TV-nin  Vesti.ru-ya istinadən verdiyi xəbərə görə,  ABŞ Müdafiə Nazirliyi İŞİD-ə qarşı hava əməliyyatlar aparmaq üçün hərbi gəmilərini İran körfəzinə doğru istiqamət aldığını bildirib. ABŞ-ın müdafiə naziri Cak Heygel də açıqlamasında hərbi texnika ilə bağlı məlumatlar verib. Onun sözlərinə görə, “USS George” və “HW Bush” gəmiləri İran körfəzinə doğru yola çıxıb. O bildirib ki, həmin gəmilərin içərisində 103 min tonluq hərbi texnika var. Gəmilərin Omman dənizindən yola çıxdığı bildirilir. Qeyd edək ki, ötən gün ABŞ prezidenti Barak Obama İŞİD-ə qarşı hərbi əməliyyatlar aparmayacaqlarını bəyan etmişdi.

 

Müəllif | Apa.Tv