Cəbhə xəttində gərginlik davam edir: Atəşkəs 25 dəfə pozuldu
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 25 dəfə pozulub. Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Təzəkənd, Şıxlar, Yusifcanlı, Füzuli rayonun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonun Mehdili kəndlərində yerləşən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.