Hava praqnozu: yağış yağacaq
Yaxın iki gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı arabir tutulacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısa müddətli az yağış yağacağı ehtimal olunur. Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə verdiyi açıqlamada bildirib ki, mülayim şimal şərq küləyi əsəcək. Havanın temperaturu günorta saatlarında 28-33 dərəcə arasında dəyişəcək. Respublikanın ayrı-ayrı bölgələrində isə gecə və axşam saatlarında dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı yağış yağacağı gözlənilir. Mülayim Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Mərkəzi aran rayonlarında günorta saatlarında 30-35, dağlarda 21-26 dərəcə arası dəyişəcək.