Buraxılış imtahanlarının nəticələri açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 13-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb. APA TV-nin məlumatına görə, buraxılış imtahanlarının nəticələrini iyun ayının 15-də saat 13:00-dən etibarən TQDK-nın internet saytında yerləşdirilib. İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı komissiyanın internet saytı ilə yanaşı mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər. İyun ayının 13-də ümumi orta təhsil bazasında (9 illik ) və tam orta təhsil bazasında (11 illik ) keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

  

Müəllif | Apa.Tv
Almaz Qasımova