İsveçrə son dəqiqədə qələbə qazandı

Braziliyadakı Dünya Çempionatında "E" qrupunun ilk oyunu keçirilib. APA TV-nin məlumatına görə, özbəkistanlı hakim Rövşən İrmatovun  idarə etdiyi oyun "Nasional" stadionunda baş tutub. 22-ci dəqiqədə hesabı Elen Valensiya açıb Ekvataor  1: İsveçrə 0.

 İsveçrə millisinin oyunçuları rəqib qapısını hücumlarla təzyiq altında saxlayıblar.

İkinci yarıya İsveçrə qolla başlayıb.  47-ci dəqiqədə Ekvator qapısına kəllə zərbəsi ilə qolu vuran  Admer Mehmedi olub.

Oyunun vaxtına 3 dəqiqə əlavə olunub. İçveçrə komandası son 3 dəqiqəni lazımınca dəyərləndirib. Haris Seferoviç oyunun sonlarına yaxın komandasının 2-ci qolunu vurub. Beləcə "E" qrupunun ilk oyunu 2:1 hesabı ilə İsveçrənin qələbəsi ilə bitib.

 

 

Müəllif | Apa.Tv