Fransa – Honduras - 3:0
Braziliyada keçirilən Dünya Çempionatında "E" qrupunun növbəti qarşılaşması Fransa ilə Honduras arasında olub. APA TV-nin məlumatına görə, hakim Sandro Riççinin idarə etdiyi oyun “Beyra-Rio” stadionunda baş tutub. Qarşılaşmada hər iki komanda oyunçuları qarşılıqlı hücum şəraitində oynayıblar. Matçın 43-cü dəqiqəsində hakim Sandro Riççi Honduras futbolçusu Palasisosu kobud qayda pozuntusuna görə qırmızı kartla cəzalandırıb. Daha sonra penalti təyin olunub. Benzema penaltini gerçəkləşdirərək komandasını hesabda irəliyə keçirib.
Oyunun ikinci yarısı da gərgin keçib. Görüşün 48-ci dəqiqəsində Valyadares mübahisə yaradan qola imza atıb. Hakimlər texnologiya əsasında vurulan qolu təkrar-təkrar izləyiblər. Birinci kadrda qol olmasa da, ikinci kadrda vurulan topun qol olduğu görünüb. Daha sonra hakim qolu rəsmiləşdirib. Beləcə Fransa Honduras qarşısında 2 top fərqi ilə irəli keçib.
Oyunda üçüncü qol da Fransızlardan gəlib. Benzema özünün ikinci komandasının üçüncü qolunu vurub.
Beləcə "E" qrupunun növbəti qarşılaşması Frnasanın qələbi ilə yekunlaşıb.