"VAZ 2105" Əlyazmalar İnsitutuna çırpılıb; sürücü xəsarət alıb
Paytaxtın Səbail rayonu ərazisində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə İstiqlaliyyət küçəsində qeydə alınıb. "Vaz 21015" markalı avtomobil yolun piyadalara aid hissəsinə keçərək Əlyazmalar İnsitutunun yerləşdiyi binaya çırpılıb, daha sonra aşıb. Nəticədə avtomobilin sürücüsü 21 yaşlı Emin Kazımov yüngül bədən xəsarəti alıb. Yaralı 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, boyun nahiyəsindən xəsarət alan Emin Kazımova lazımi yardım göstərilib, hazırda vəziyyəti stabildir. Qəzanın dəqiq başvermə səbəbləri Səbail Rayon Polis İdarəsi tərəfindən araşdırılır.