Azərbaycan Ordusunun əsgəri şəhid oldu

Azərbaycan Ordusu itki verib. APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində qeydə alınıb. Erməni Silahlı Birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Kərimov Səməndər Fazil oğlu düşmən gülləsinə tuş gəlib. Səməndər Kərimov aldığı güllə yarasından şəhid olub. APA TV-nin xəbərinə görə, Müdafiə Nazirliyi cəbhə bölgəsində şəhid olmuş hərbçi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, iyunun 15-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutub. Nəticədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayonundan hərbi xidmətə çağırılmış, kiçik çavuş, 1994-cü il təvəllüdlü Kərimov Səməndər Fazil oğlu düşmən tərəfindən açılan atəşdən şəhid olub.

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiyinə görə kiçik çavuş Səməndər Kərimov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib.

Müdafiə Nazirliyi rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbir diləyir.

 

Müəllif | Apa.Tv