Rusiya ilə Ukrayna yenə razılığa gələ bilmədi
Kiyevdə Rusiya, Ukrayna, Avropa Komissiyası arasında qazla bağlı 3 tərəfli danışıqlar nəticəsiz başa çatıb. "Qazprom" Ukraynanın qaz borcunun ödənilməsi üçün son tarix qoyub. Şirkətin rəsmi nümayəndəsi Sergey Kupriyanov jurnalistlərə açıqlamasında deyib ki, 16 iyun tarixi etibarilə bu borc 1951 milyon dollar təşkil edir. Məbləğ ödənilməsə, Rusiya ödəniş edildikdən sonra qaz tədarük etmə sisteminə keçəcək.
Bundan başqa, Avropa Komissiyasının müvəqqəti olaraq, qazın hər 1000 kub metrinə 326 dollar ödəmək barədə təklifini də Rusiya qəbul etməyib.