Rusiyada neft emalı zavodunda yanğın: 5 ölü
Rusiyanın Krosnayrsk vilayətinin Açinski neft emalı zavodunda baş vermiş yanğın zamanı 5 nəfər ölüb.
Rusiya Fövqəladə Nazirliyinin yaydığı məlumatına görə, xeyli sayda insan yaralanıb ki, onlardan 7 nəfərin vəziyyəti ağırdır. Yanğın zamanı zavodda 65 nəfərin olduğu bildirilir. Onlardan 15 nəfəri texniki işçidir.
Baş vermiş hadisənin səsbələri araşdırlır. Faktla bağlı cinayət iş açılıb.