TQDK buraxılış imtahanlarında "2" və "5" qiymət alanların sayını açıqladı
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 13-də keçirilmiş ilk buraxılış imtahanının statistik nəticələrini və şagirdlərin aldıqları qiymətləri açıqlayıb. Komissiyadan APA TV-yə verilən məlumata görə, imtahanda iştirak edənlərdən 5298 nəfər XI sinif şagirdi ana dilindən, 5392 nəfər şagird isə riyaziyyatdan “iki” qiyməti alıb. Qeyd olunan sinif üzrə əla qiyməti alanların da sayı bəlli olub. 2890 nəfər ana dilindən, 2774 nəfər isə riyaziyyatdan “beş” qiyməti alaraq, yüksək nəticə əldə ediblər. Qeyd edək ki, TQDK iyunun 13-də Naxçıvan Muxtar Respublikasında, həmçinin Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənd rayonlarında orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirib.