Şəmkirdəki dəhşətli qəzanın İLK GÖRÜNTÜLƏRİ

Şəmkir rayonunda baş verən dəhşətli yol-nəqliyyat hadisəsinin ilk görüntüləri yayılıb. APA TV-nin qərb bürosunun əməkdaşları hadisə yerində olublar.

 

Qeyd edək ki, Bakı-Qazax yolunun 375-ci kilometrliyində "VAZ" və "Opel" markalı minik avtomobilləri ilə "Mercedes" markalı mikroavtobus toqquşub. Nəticədə biri azyaşlı olmaqla 5 nəfər ölüb, 9 nəfər yaralanıb.

Xəsarət alanlardan 28 yaşlı Anar Rəhimov Tovuz rayonunda fəaliyyət göstərən “Türkel” TV-nin əməkdaşıdır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli