Meteohəssas insanlar, diqqət! İstilər gəlir


İyunun 17-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-21, gündüz 30-35 dərəcə isti olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, bəzi yerlərdə 37 dərəcə, dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacaq. Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində Abşeron yarımadasında sabit hava şərait müsbət amil olsa da günorta saatlarında isti temperatur diskomfortu və zəif küləklərin üstünlüyü meteohəssas insanlar üçün əlverişsizdir.

Müəllif | Apa.Tv
Apa.tv