Azərbaycan əhalisi 9 milyon 500 mini ötdü

Bu il may ayının 1-nə ölkə əhalisinin sayı 9 511,1 min nəfərə çataraq ilin əvvəlindən 34 min nəfər və ya 0,4 faiz artıb. “APA-Economics”in məlumatına görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfər olub. Hazırda hər 1 000 nəfər kişiyə 1 011 nəfər qadın düşür. Əhalinin ümumi sayının 53,2 faizi şəhər, 46,8 faizi kənd sakinləridir. Bu ilin yanvar-aprel aylarında ölkədə 53,6 min körpə doğulub və əhalinin hər 1 000 nəfərinə hesabı ilə bu göstərici 17,4 təşkil edib. Doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizi qızlar təşkil edir.

 

 

Müəllif | Apa.Tv
Apa.tv