Bakıda 4 nəfərlik ailə yoxa çıxıb

Bakıda bir ailə yoxa çıxıb. Bu barədə Vesti.az-a Binəqədi rayon 40-cı polis bölməsindən xəbər verilib. Məlumatda bildirilir ki, mayı ayının 27-də saat 15:00 radələrində 28 may qəsəbəsi sakinləri - 1990-cı il təvəllüdlü Xankişiyev Əmrah Qüdrət oğlu, onun həyat yoldaşı 1991-ci il doğumlu Xankişiyeva Ülviyyə Taleh qızı və onların uşaqları 5 və 3 yaşlı Səfiyyə və Həmzə Xankişiyevlər evdən gedib, geri dönməyəblər. Onların yoxa çıxması barədə ailə başçısı Qüdrət Xankişiyev ərizə ilə 40-cı polis bölməsinə müraciət edib. Onun sözlərinə görə, o, oğlunun ailəsi ilə bərabər yaşayıblar. Valideyn qeyd edib ki, oğlu ailəsini götürüb gedəcəyi barədə ona heç bir söz deməyib. Hadisənin üstündən bir neçə gün keçdikdən sonra iyun ayının 10-da Əmrah Xankişiyev atasına zəng edərək deyib ki, o, ailəsi ilə birlikdə Türkiyədədir. O gedişinin məqsədinin pul qazanmaq olduğunu bildirib. Əmrah atasından narahat olmamağını xahiş edib. Qüdrət Xankişiyev isə oğluna inanmayaraq polisə müraciət edib. Ehtimal olunur ki, Əmrah Xankişiyev ailəsi ilə bərabər Suriyaya getməyi planlaşdırıb. Burada onun Bəşər Əsəd qüvvələrinə qarşı silahlı qruplaşmaların tərkibində vuruşacağı istisna olunmur. 

Müəllif | Apa.Tv
Apa.tv