Şəmkirdəki dəhşətli qəzadan son təfərrüatlar!

Şəmkirdə baş verən qəza zamanı ölən daha iki nəfərin adı məlum olub. APA TV-nin xəbərinə görə, onlardan biri 1990-cı-il təvəllüdlü Məmməd Məmmədov, digəri isə 1992-ci il təvəllüdlü Taleh Həsənovdur. Qəza zamanı yaralanan 10 nəfər Şəmkir rayon Mərkəzi Xəsətxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti daha ağır olduğundan Bakıya göndərilib.

 

Qeyd edək ki, Bakı-Qazax yolunun 375-ci kilometrliyində "VAZ" və "Opel" markalı minik avtomobilləri ilə "Mercedes" markalı mikroavtobus toqquşub. Nəticədə Ağstafa rayon sakini, 2006-cı il təvəllüdlü Dərzi Dərziyev, Gürcüstan vətəndaşları - 1984-cü il təvəllüdlü  Fəqanə Quliyeva, 1948-ci il təvəllüdlü Rahilə Əsgərova və daha 2 nəfər hadisə yerində ölüb.

Gürcüstan vətəndaşı, 26 yaşlı Fuad Məmmədov, Qusar sakini, 19 yaşlı Rəşad Həsrətov, Ağstafa sakini, 29 yaşlı Rövşən Quliyev, Ağstafa sakini, 28 yaşlı Afaq Dərziyeva, Gürcüstan vətəndaşı, 30 yaşlı Mübariz Balacayev, Gürcüstan vətəndaşı, 36 yaşlı Natiq Əliyev, Gürcüstan vətəndaşı, 24 yaşlı Ceyhun Hüseynov, Ağstafa sakini Aslan Quliyev, Gədəbəy sakini, 50 yaşlı Qaçay Yusifov, Bakı sakini, 28 yaşlı Anar Rəhimov isə xəstəxanaya yerləşdirilib.

A.Rəhimov Tovuz rayonunda fəaliyyət göstərən “Türkel” TV-nin əməkdaşıdır.

Qəzada ölən 8 yaşlı Dərzi Dərziyev və onun anası, ağır yaralanan 28 yaşlı Afaq Dərziyeva isə jurnalist Elnarə Dərziyevanın yaxın qohumlarıdır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli