Şumaxer komadan çıxıb

"Formula 1" in əfsanəvi pilotu Mixail Şumaxerlə bağlı sevindirici xəbər var. 6 aydır, komada olan 45 yaşlı pilotun səhhətində müsbətə doğru irəliləyiş var. İdmançının menecerinin mətbuata verdiyi açıqlamaya görə, Şumaxer komadan ayılıb və artıq həyat yoldaşı Korinanı da tanımağa başlayıb. Meneceri Şumaxerin reablitasiya müalicələrinin harada aparıldığını açıqlamasada da, İsveçrə mətbuatı onun Lozannada bir xəstəxanaya yerləşdirildiyini deyiblər.

 

Qeyd edək ki, əfsanəvi pilot 2013-cü ildə Fransada Alp dağlarında xizəkdə sürüşərkən yıxılıb və başı qayaya dəyib. Nəticədə idmançı komaya düşüb.

 

Müəllif | Apa.Tv
Apa.tv