Ekspertiza Bakıda 6 yaşlı qızın zorlandığını təsdiqlədi

Bakıda 6 yaşlı qızı zorlamaqda təqsirləndirilən Salyan rayon sakini 58 yaşlı Yaşar Yusifov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu barədə APA TV-yə Binəqədi rayon prokurorluğundan bildirilib. Təkrar tibbi ekspertiza nəticəsində 6 yaşlı qıza qarşı seksual hərəkətlər olunması təsdiqlənib. Prokurorluqdan verilən məlumata görə, Y.Yusifova qarşı CM-nin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsə qarşı seksual hərəkət törətmək) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, hadisə Binəqədi -Xırdalan yolu, I Mədən adlanan ərazidə baş verib. 58 yaşlı kişi azyaşlını zorlamağa cəhd edib. Bunu görən uşağın anası müdaxilə edib və onlar əlbəyaxa olublar. Səs-küyə qonşular köməyə gəliblər.

 

Müəllif | Apa.Tv