Dünya çempionatında ilk qolsuz oyun... İran millisində Andronik

Braziliyada keçirilən futbol üzrə dünya çempionatının beşinci oyun günündə ilk qolsuz nəticə qeydə alındı. İran və Nigeriya millilərinin qarşılaşmasında qol vurulmadı. Bu, həm də çempionatın ilk heç-heçəsidir. Bundan əvvəlki 12 oyunun hamısı komandalardan birinin qələbəsi ilə başa çatıb.

 

Qarşılaşmaya gəldikdə, komandalar təxminən bərabər oyun nümayiş etdirdilər.

 

Oyunun gedişində Nigeriya millisində kapitan dəyişikliyi oldu. Qapıçı Vensan Eyyama kapitan sarğısını Türkiyənin "Fənərbaxça" klubunun oyunçusu Cozef Yoboya təhvil verdi.

 

Daha bir maraqlı məqam isə İran millisinin heyətində erməni əsilli Andronik Teymuryanın da çıxış etməsi oldu. O, qarşılaşmanın 75-ci dəqiqəsində sarı kart aldı.

 

Bu heç-heçədən sonra İran və Nigeriya milləlirə hərəyə 1 xal qazandılar. Onlar turnir cədvəlində 2-3-cü yerləri bölüşdürürlər. Kvartetin lideri 3 xala sahib olan argentinalılardır. Bsoniya və Hersoqovina millisinin xalı yoxdur.

 

İran millisi növbəti turda Argentina yığması ilə, nigeriyalılar isə Bosniya və Hersoqovina millisi ilə qarşılaşacaq.

 

Müəllif | Apa.Tv