Bakıda sərxoş sürücü qəza törətdi, özü və oğlu yaralandı

Gecə saatlarında paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində içkili sürücü  yol nəqliyyat hadisəsi törədib. Sürücü Zaur Əliyev "Mercedes" markalı avtomobillə Türkan qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşıdan gələn sürücüsü məlum olmayan digər "Mercedes" onu vurub. Zərbə güclü olduğundan qəzanı törədən "Mercedes"in sürücüsü və oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Hadisə yerinə gələn Yol-Patrul Xidmətinin əməkdaşlarının apardığı ilkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya səbəb olan "Mercedes"in sürücüsü içkili olub.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv