Baklda ev yandı: yaralanan var

Bakının Nəsimi rayonu ərazisində mənzildə yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, yanğın Abbas Səhhət küçəsi, 67 ünvanında qeydə alınıb.

 

Yanğın baş verən mənzilin sahibləri Bakıdan kənarda olublar. Hadisə baş verən zaman mənzildə ev sahibinin oğlu tək olub. O, müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

 

Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər yanğının qarşısını alıblar. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən APA TV-yə verilən məlumata görə, umumi sahəsi 45 kv.m olan bir mərtəbəli iki otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

 

Müəllif | Apa.Tv