ABŞ millisi çempionatın ən erkən qolunu vurdu

Braziliyada keçirilən dünya çempionatında ABŞ millisi Qana yığmasına qalib gəlib. Qarşılaşma amerikalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

ABŞ millisi hesabı oyunun ilk dəqiqəsində açıb. 30-cu saniyədə afrikalıların qapısından topu Klint Dempsi keçirib.

 

Bu, hazırkı turnirdə ən tez vurulmuş qoldur. Ümumilikdə isə Klint Dempsinin qolu dünya çempionatları tarixində beşincidir. Dünya çempionatlarının ən tez vurulan qolu Türkiyə millisinin hücumçusu Hakan Şükürə məxssusdur. O, 2002-ci ildə Cənubi Koreya millisi ilə üçüncülük uğrunda qarşılaşmada vurduğu qolla tarixi nəticəyə imza atıb və bu nəticə heç vaxt təkrarlanmayıb.

 

Qana millisi hesabı oyunun 81-ci dəqiqəsində bərabərləşdirib. Asamoa Qyanın ötürməsindən sonra Andre Ayyu yaxın məsafədən topu qapıya göndərib. Amma qanalıların sevinci uzun sürməyb. 86-cı dəqiqədə Bruks ABŞ millisinin ikinci qolunu vurub və hesabı 2:1-ə çatdırıb.

 

Qeyd edək ki, bu oyuna qədər ABŞ və Qana milliləri üç dəfə qarşılaşmışdılar. İlk dəfə 1983-cü ildə amerikalıları yoldaşlıq oyununda məğlub edən Qana millisi Almaniya və Cənubi Afrika Respublikasında keçirilən dünya çempionatlarında da 2:1 hesabı ilə qalib gəlmişdilər.

 

Müəllif | Apa.Tv