“Azərenerji”-nin əməkdaşları qəzaya düşdü, 20 yaşlı oğlan öldü

İyun ayının 16-da axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolunun 4-cü km-də qeydə alınıb. Xaçmaz şəhər sakini, 21 yaşlı Rəşad Novruzovun idarə etdiyi “Nissan” markalı avtomaşın yoldan çıxıb və ağaca çırpılıb. Qəza nəticəsində sərnişin, Xaçmaz rayonu, Mançaroba kənd sakini 20 yaşlı Kamil Ağamirzəyev ölüb.

Sürücü isə ağır bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəza zamanı avtomaşında 5 nəfərin olduğu bildirilir. Maşında olan 3 nəfər xəsarət almayıb. Qəzaya düşən şəxslər “Azərenerji” ASC-nin əməkdaşlarıdır. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Vəli Turan