Cəlilabadda qəzaya uğrayan maşın bir neçə yerə bölündü: 2 ölü, 3 yaralı

Cəlilabad rayonunda ölümünə nəticələnən dəhşətli  yol-nəqliyyat qəzası baş verib.  APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə ötən gecə  rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb. Kənd sakini Teymur Məmiş oğlu Yadigarovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə rayon sakini Asim Alixan oğlu Rüstəmov idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbənin təsirindən “VAZ- 2106” markalı avtomobil bir neçə hissəyə ayrılıb. Qəza nəticəsində “VAZ-2106”-nın sürücüsü və sərnişini Seymur İlqar oğlu  Qarayev hadisə yerində ölüb. Həmin avtomobildə olan digər sərnişinlər Rəvan İlham oğlu Ağazadə, Xəyal Camaləddin oğlu Mirzəxanov və “Mercedes”in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirliblər.

 

İlkinn ehtimala görə, hadisə “VAZ-2106”  markalı avtomobilin yüksək sürətlə idarə edliməsi səbəbindən baş verib, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv