Gəncədə yeni doğulan körpə öldü - DOĞUŞ FACİƏSİ

Gəncə şəhərində yeni doğulan körpə ölüb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Gəncə Perinatal Mərkəzində qeydə alınıb. Bərdə rayon sakini Aygün Süleymanova doğuş üçün iyunun 14-də mərkəzə müraciət edib. Həmin gün onun oğlu dünyaya gəlib. Yarım sutkadan sonra isə uşaq mərkəzdə ölüb. Aygün Süleymanovanın atası Ramiz Süleymanov qızının hamiləliyinin ilk dövründən mərkəzdə qeydiyyata düşdüyünü, dəfələrlə müayinələrdən keçdiyini, həkimlərin ona hər şeyin qaydasında olduğunu dediklərini bildirib. Onun sözlərinə görə, uşağın ölümünün səbəbi açıqlanmır. Bu, Aygün Süleymanovanın ikinci hamiləliyi olub. Bərdə rayon sakini olan A. Süleymanovanın həyat yoldaşı hərbçidir və Daşkəsəndəki hərbi hissələrdən birində qulluq edir.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli