Bakıda ailə dramı: gənc ər arvadını amansızlıqla öldürdü

Bakıda qətl hadisəsi baş verib. Xətai Rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsi-72-də qeydə alınıb. Ağstafa rayon sakini, 30 yaşlı Ramin Şəmşid oğlu Qurbanov kirayə yaşadığı mənzildə qısqanclıq zəminində həyat yoldaşı, 1987-ci il təvəllüdlü Dilbazi Tahir qızı Qurbanovaya çoxsaylı bıçaq xəsarəti yetirərək qətlə yetirib. Səsə çıxan qonşular qadının boğaz nahiyəsində coxsaylı bıçaq xəsarətlərinin olduğunun şahidi olublar.

 

Hadisəni törədən R. Qurbanov özü polisə gələrək təslim olub. Faktla bağlı 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

 

Müəllif | Apa.Tv