MTN virtual oğruları yaxaladı

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat tədbirləri nəticəsində, kompüter sisteminə qanunsuz daxil olaraq həmin sistemdəki məlumatları ələ keçirməklə müxtəlif bank hesablarından külli miqdarda pul vəsaitlərinin talanması faktı aşkarlanıb.


APA TV-nin xəbərinə görə, Azərbaycan vətəndaşları Hadiyev Fərid Şövqi oğlu, Ələkbərov Yaşar Bayram oğlu, İbrahimov Nasir Aydinoviç, Bayramov Fərrux Teyyub oğlu, Aqarunov Rinat İliç, Rusiya Federasiyasının vətəndaşı İfraimov Nair İlişayeviç şübhəli şəxs qismində tutulublar.

Müəyyən edilib ki, Bakıda fəaliyyət göstərən banklardan birində əməliyyat şöbəsində baş mütəxəssis işləyən Fərid Hadiyevlə Yaşar Ələkbərov Nasir İbrahimov və Nair İfraimova Bakıda bir bankda etibar etdikləri Azərbaycan vətəndaşları adına bank hesabları açmağı tapşırıblar. Onlar da bu barədə Rinat Aqarunova tapşırıq veriblər. Fərrux Bayramov və Rinat Aqarunovun adlarına bank hesabları açılıbr.

 

Fərid Hadiyev iri məbləğdə əmanətləri olan bir sıra şəxslərin kredit kartlarının nömrələrini Yaşar Ələkbərova göndərib. Yaşar Ələkbərov həmin nömrələrdən istifadə edərək bank əmanətçilərinin kart hesablarından ümumilikdə 76 min ABŞ dolları elektron köçürmə yolu ilə Fərrux Bayramovun “, 178 min ABŞ dolları isə Rinat Aqarunovun “MasterCard Standard” plastik kartına köçürüb.

 

Sonra bu vəsaitlər hissə-hissə nağdlaşdırılıb, 254 min dollar onların arasında bölünüb.

 

Qrupun üzvləri növbəti dəfə öz hüquqazidd əməllərini davam etdirməyə cəhd göstərərkən cinayət başında yaxalanıblar.

 

Faktla bağlı cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv