Bakıda 7 yaşlı qızın zorlandığı təsdiqləndi - RƏSMİ MƏLUMAT

Bakı şəhər Prokurorluğu azyaşlı uşağın zorlanması faktı ilə bağlı məlumat yayıb. APA TV-nin xəbərinə görə, məlumatda bildirilir ki, iyunun 14-də Binəqədi rayonunda kirayədə yaşayan 1956-cı il təvəllüdlü Yusifov Yaşar Bəhlul oğlu sərxoş vəziyyətdə yaşadığı evin həyətində kirayədə yaşayan Lalə Cəfərovanın (ad və soyad şərtidir) evinə daxil olub. Evdə onun 2007-ci il təvəllüdlü qızı Leylanın (ad şərtidir) köməksiz və tək olmasından istifadə edərək azyaşlıya xəsarətlə müşayiət olunan zor tətbiq edib və cinsi əlaqədə olub. Azyaşlını zorladıqdan sonra hadisə yerindən qaçıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3-cü (zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

 

Keçirilmiş tədbirlər nəticəsində Yaşar Yusifov tutulub, barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Müəllif | Apa.Tv