Suriyada döyüşən 5 azərbaycanlı həbs edilib

Suriyada döyüşlərdə iştirak edən 5 Azərbaycan vətəndaşı həbs edilib. APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Balakişiyev Mehman Pirbala oğlu və onunla birlikdə Suriyada döyüşlərdə iştirak etmiş, hələlik adları açıqlanmayan dörd nəfər azərbaycanlı Suriyadan Türkiyəyə gələrkən həbs olunub və Naxçıvan Muxtar Respublikasının hüquq-mühafizə orqanlarına təhvil verilib.   

 

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov APA-ya bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan Mehman Balakişiyevlə görüşüb. Qanunsuz olaraq silahlı birləşmə yaratmaqda ittiham olunan Mehman Balakişiyev 2013-cü ilin oktyabrında Suriyaya getdiyini, 7 ay döyüşlərdə iştirak etdiyini deyib. O, din uğrunda vuruşduğunu bildirib, əlavə edib ki, oraya, əsasən, qənimət və pul əldə etmək üçün gedirlər. Mehman Balakişiyev əməlindən peşman olduğunu da vurğulayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv