Şəmkirdə dəhşətli qəzada yaralanan jurnalistin vəziyyəti ağırdır

İyunun 16-da səhər saatlarında Bakı-Qazax yolunda üç avtomobil toqquşubması nəticəsində ağır xəsarət alan telejurnalist Anar Rəhimovun vəziyyəti kritikdir. Ağır yaralanan Anar Rəhimov gecə saatlarında xüsusi təyyarə ilə Bakıdakı Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb. 28 yaşlı Anar Rəhimovun yaxınlarının APA TV-yə verdiyi məlumata görə, hazırda o, koma vəziyyətindədir. İyunun 18-də Anarın üzərində aparılan əməliyyatın 72 saatı tamam olacaq. Bundan sonra xəstənin vəziyyəti stabilləşsə, o, reanimasiya şöbəsinə köçürüləcək.

 

Anar Rəhimov çoxsaylı bədən xəsarəti alıb. Xəsarətlərin ən təhlükəlisi isə kəllə sümüyündəki qırıqlardır.

 

Yaxınları jurnalistin həyatını xilas etmək üçün maddi yardıma ehtiyac olduğunu deyiblər. Yardım üçün bank hesabı açılacaq. Bank hesabı açılanadək yardım etmək istəyənlər bu nömrələrlə əlaqə saxlaya bilərlər:

 

+994502649449 Ruslan Həsənov

+994515224001 Allahverdi Şəfiyev

 

Anar Rəhimov Tovuzda fəaliyyət göstərən “Türkel” TV-nin əməkdaşıdır.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı