Ermənilər təmas xəttində yanğınlar törədirlər

Ermənistan ordusu təmas xəttində yerləşən yaşayış məntəqələrinə zərər vurmaqda davam edir. APA TV-nin xəbərinə görə, onlar Tərtərin cəbhəyanı Qapanlı kəndini atəşə tutub. Nəticədə kənd sakini Məhərrəm Nəbiyevin həyətində ot tayası od tutub. Hadisə yerinə Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin yanğınsöndürən briqadası cəlb olunub. Alovun yaxınlıqdakı evə və yardımçı tikiliyə keçməsinin qarşısı alınıb. Yerli sakinlərin sözlərinə görə, son vaxtlar ermənilər yaşayış məntəqəsini daha çox işıqsaçan güllələrlə atəşə tuturlar ki, insanlara dəyməsə də, heç olmaya evləri, görünən hədəfləri yandıra bilsinlər.  Hətta biçilməmiş zəmilər belə intensiv atəş altında saxlanır.

 

Müəllif | Apa.Tv