Yük maşını heyvan sürüsünü qırdı

Bakı-Qazax-Gürcüstan avtomobil yolunda qəza baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə magistral yolun 473-cü kilometrliyində, Ağstafa rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb. Gəncə şəhər sakini Ruslan Mehtiyevə məxsus “Shacman” markalı avtomobil yüksək sürətlə hərəkət edərək iri buynuzlu heyvan sürüsünü vurub. Qəza zamanı 11 baş iri buynuzlu heyvantələf olub, bir neçəsi isə zədə alıb. Qəza zamanı Bakı-Qazax rayonu istiqamətində hərəkətdə olan Səhəddin Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobilə də ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli