Ölən körpənin babası: "Xəstəxana meyiti vermir"

Gəncə şəhərində yeni doğulan körpənin ölməsi ailəni bərk qəzəbləndirib. APA TV-nin xəbərinə görə, uşağın babası Ramiz Süleymanov deyir ki, uşaq sağlam olub. Qızı hamilə ikən hər ay müayinədən keçirmiş. Həkimlər indiyədək heç bir prolemin olmadığını deyiblər: "Uşaq doğulanda atasında muştuluq da istəyiblər, "nur topu kimi oğlun olub" deyiblər. Burda fotosunu da çəkib uşağın. Ayın 15-i zəng edirlər ki, uşaqda göyərmə əmələ gəlinb, qaytardı".

 

Ramiz Süleymanov deyir ki, o, məsələ ilə bağlı hüquq mühavizə orqanlarına müraciət edəcək. O, xəstəxananın qızının sənədlərini vermədiyini deyib: "Meyiti də vermirlər ki, aparaq, Bakıda ekspertizadan keçirək. Saxayırlar, meyit ağırlaşacaq. Bunu niyə görə etməlidirlər?"

 

Qeyd edək ki, hadisə Gəncə Perinatal Mərkəzində qeydə alınıb. Bərdə rayon sakini Aygün Süleymanova doğuş üçün iyunun 14-də mərkəzə müraciət edib. Həmin gün onun oğlu dünyaya gəlib. Yarım sutkadan sonra isə uşaq mərkəzdə ölüb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli