Dünya Çempionatı: Belçika Əlcəzair üzərində əzmkar qələbə qazanıb

Braziliyada keçirilən Dünya Çempionatında Belçika ilə Əlcəzair millisi qarşılaşıblar. Birinci hissənin ilk qolu Əlcəzairdən gəlib.  24-cü dəqiqədə Belçikalı futbolçu Vertongen rəqibinin qolunu tutduğuna görə, sarı kart alıb. Hakim eyni zamanda Belçika qapısına penalti təyin edib. Penaltini Fegoli  həyata keçirərək Əlcəzair millisini hesabda önə keçirib: 1:0

 

Oyunun ikinci yarısında, 70-ci dəqiqədə Belçika hesabı bərabərləşdirib. Qolu  65-ci dəqiqədə oyuna girən Fellaini vurub: 1:1

 

 79-cü dəqiqədə Mertensin atdığı qolla Belçika yığması önə keçib: 2:1

 

Oyunda başqa qol olmayıb və matç 2:1 hesabı ilə Belçikanın qələbəsi ilə bitib.

 

 

Müəllif | Apa.Tv