Braziliya Meksikanı məğlub edə bilmədi: 0-0

Futbol üzrə dünya çempionatında daha bir qolsuz heç-heçə qeydə alınıb. APA TV-nin məlumatına görə, ev sahibi Braziliya “A” qrupunda keçirdiyi ikinci oyunda Meksika yığmasını məğlub edə bilməyib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda çoxlu qol vəziyyətləri yaransa da, qapıçılar sayıqlığı itirməyiblər. Braziliyalılar 90 dəqiqə ərzində rəqib qapıya 14, meksikalılar isə 13 zərbə endiriblər. Oyunu idarə edən türk hakim Cüneyt Çakır əlini dörd dəfə cibinə atıb. Braziliya yığmasından Ramires və Silva, Meksika millisindən isə Agilyar və Vaskes sarı kartla cəzalanıb. Oyun ərzində çərçivəyə gələn 8 zərbənin hamısını qaytaran Meksika millisinin qapıçısı Oçoa FİFA tərəfindən matçın ən yaxşı oyunçusu seçilib. Qeyd edək ki, 2 xal itirməsinə rəğmən Braziliya iki turdan sonra yenə də 4 xalla “A” qrupuna liderlik edir. Meksika yığmasının da aktivində 4 xal var, lakin top fərqinə görə ikinci yerdədir. Bu qrupda növbəti oyun Xorvatiya və Kamerun milliləri arasında keçiriləcək.

 

A qrupu Braziliya – Meksika - 0:0

Hakim: Cüneyt Çakır (Türkiyə)

 Fortaleza. “Kastelan” stadionu

 

Braziliya: Sezar, Alves, Silva, Luiz, Marselo, Paulinyo, Fred, Neymar, Oskar, Ramires, Qustavo Meksika: Ocoa, Rodriqes, Marques, Herrera, Layun, Dos Santos, Moreno, Quardado, Peralta, Aguilar, Vasques

 

Meksika: Ocoa, Rodriqes, Marques, Herrera, Layun, Dos Santos, Moreno, Quardado, Peralta, Aguilar, Vasques

 

 

Müəllif | Apa.Tv