Qaxda 5 otaqlı yaşayış evi külə döndü
Qaxda yaşayış evi yanıb. APA TV-nin məlumatına görə, yanğın rayonun Gürcü-Kötüklü kəndində, milliyətcə gürcü olan 46 yaşlı Babacanaşvili Mediko İvanovnaya məxsus 5 otaq və 1 mətbəxdən ibarət, ümumi sahəsi 272 kv.m olan kürsülü fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və 15 nəfərdən ibarət şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində Babacanaşvili Medikoya məxsus ev yanar konstruksiyaları və içərisindəki ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Yanğınsödürənlərin səyi nəticəsində yaxınlıqda olan digər 2 fərdi yaşayış evi yanğından mühafizə olunub. Fakala bağlı FHN-nin Qax rayon DYMH-də araşdırma aparılır.