Bakıda rəfiqəsini öldürən qadın falçı olub - YENİLƏNİB

Bakıda 54 yaşlı qadın rəfiqəsini cəkiclə qətlə yetirib. Nəsimi rayon Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə rayonun Alı Mustafayev küçəsində yerləşən mənzillərdən birində baş verib. Orada yaşayan 1960-cı il təvəllüdlü Lalə Apayevanın evinə gələn rəfiqəsi arasında mübahisə düşüb. Aralarında yaranmış mübahisə zəminində Apayeva  rəfiqəsi Nailə Vəliyevanı küt alətlə vuraraq öldürüb. Qışqırıq səsinə  qonşular çıxıblar.

 

Qonşuları qətli törətməkdə təqsirləndirilən qadını müsbət xarakterizə ediblər. Onların sözlərinə görə, Lalə Apayeva həkim olub.

 

Hadisəni törədən Lalə Apayeva saxlanılıb. Qonşular arasında qadının falçılıqla məşğul olduğu deyilsə də, polis bu məlumatı təsdiqləməyib. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir.

 

Müəllif | Apa.Tv