Azərbaycan Ordusunun əsgəri vəfat edib

Azərbaycan Ordusu daha bir əsgərini itirib. APA-nın məlumatına görə, hadisə cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb. Əsgər, 1995-ci il təvəllüdlü Ceyhun Ramiz oğlu Cahangirov xəstəlikdən dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya fakt təsdiqləyiblər.

Qeyd edək ki, Ceyhun Cahangirov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv