Erməni deputat: "Acizanə xahiş edirik, müharibə olmasın, biz zəifik"

“Mən acizanə sürətdə xahiş edirəm. Biz bura gəlmişik ki, daha müharibə olmasın. Müharibə istəmirik. Ermənistanın müharibəyə nə arzusu, nə də gücü var”. APA TV-nin məlumatına görə, bunu NATO Parlament Assambleyasının (PA) Bakıda keçirilən seminarında iştirak edən Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyan Azərbaycan tərəfinə müraciət edərkən deyib. O, Azərbaycanla bütün hallarda dil tapmağın tərəfdarı olduğunu bildirib. Çıxışını kəsən erməni deputat rəhbərlik etdiyi nümayəndə heyəti ilə qısa məsləhətləşmə aparıb. Bunda sonra digər erməni deputat Tevan Poqosyan seminarın aparıcısı Oyars Eriks Kalninsa yaxınlaşıb və söhbət etməyə başlayıb. Söhbət bitdikdən sonra Oyars Eriks Kalnins bildirib ki, Ermənistan nümayəndə heyəti şəxsən özlərinin Azərbaycana qarşı heç bir iradlarının olmadığını, onların işğalçı kimi dəyərləndirilməməsini və mövqelərinin Azərbaycana qarşı ittiham dolu mövqe kimi qəbul olunmamasını xahiş edirlər. O, qeyd edib ki, Ermənistan nümayəndə heyəti bunun üçün bəyanat verməyə hazır olduqlarını da bildiriblər.

 

Müəllif | Apa.Tv
Apa.tv