Temperatur 38 dərəcəyə yüksələcək

İyunun 19 da Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buldulu olacağı, arabir tutulacağı gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, şimal qərb küləyi axşama doğru arabir güclənəcək. Temperatur gecə 18-22, gündüz 29-34, günün birinci yarısında yarmadanın bəzi yerlərində 37 dərəcəyədək isti olacağı gözlənilir. Rayonlarda da əsasən hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, qısa müddətli yağacağı ehtimalı var. Qərb küləyi əsəcək. Gündüz arabir ayrı-ayrı yerlərdə güclənəcək. Aran rayonlarında gecə 18-23, gündüz 30-35, bəzi yerlədə 38 dərəcə, dağlarda gecə 10-15, gündüz 20-25, bəzi yerlərdə 28 dərəcəyədək isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıtda, Novxanıda, Pirşağıda, Nardaranda, Bilgəhdə 23-24,  Zaqulbada, Mərdəkanda, Şüvalanda, Buzovnada 24-26, Turkan, Hovsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Müəllif | Apa.Tv
Almaz Qasımova