Gəncədə 21 yaşlı oğlanı bıçaqlayıb küçəyə atdılar

Gəncədə şəhər sakini naməlum şəraitdə bıçaqlanıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, hadisə iyunun 17-dən 18-nə keçən gecə Gəncə çayının sağ sahilində Əhməd Cəmil küçəsində baş verib. Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Xəyal Alıyev bıçaqlanmış və huşunu itirmiş vəziyyətdə yolun kənarında aşkar edilərək, dərhal Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Bədəninin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə əməliyyat edilən Xəyal Alıyevin vəziyyəti ağır qiymətləndirilir.

 

"Xəstənin bədənin çoxsaylı kəsilmiş-deşilmiş yaraları, kəskin qanitirmə olub. Xəstə bir başa əməliyyat otağına götürülmüş on iki barmaq bağırsağın, öd kisəsinin, mədəaltı vəzinin yaraları aşkarlanmışdır. Xəstə əməliyyat edilib. Hal haırda vəziyyəti ağırdır.

 

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, Xəyal  Alıyevin kim tərəfindən bıçaqlandığı hələlik  məlum deyil. Hazırda Gəncə polisi  hadisəni törədən şəxs və şəxslərin tutulması istiqamətinədə əməliyyat axtarışlarına başayıb. Faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Azər Məmmədli